Qurban Qurbanov rəsmən millimizdə!

Qurban Qurbanov rəsmən millimizdə!
XƏBƏR 3 Noyabr 2017 / 10:09 8874
-  A +

Millimizin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov təyin edilib. Bu qərar AFFA-nın İcraiyyə Komitəsinin  bugünkü iclasında verilib.

Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqavilə müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatacaq.

Əlavə edək ki, Q.Qurbanov millimizlə yanaşı, "Qarabağ"ı da çalışdıracaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner