"Real" ÇL-də 30 oyundan sonra uduzdu

"Real" ÇL-də 30 oyundan sonra uduzdu
XƏBƏR 2 Noyabr 2017 / 17:01 2649
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Tottenhem”ə uduzan (1:3) “Real”ın uğurlu seriyası qırılıb.

Qol.az-ın xəbərinə görə, Madrid klubunun ÇL-də ardıcıl 30 oyun məğlubiyyətsizlik seriyasına son qoyulub.

Zinəddin Zidanın komandası sonuncu dəfə  2012-ci il oktyabrın 24-də, səfərdə “Borussiya”ya (Dortmund) uduzmuşdu - 1:2.

Qeyd edək ki, "Real" buna qədər məğlub olmadığı oyunların 22-də qalib gəlib, 8-də heç-heçə edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner