"Qarabağ" göstərdi ki, asan rəqib deyil" - De Rossi

"Qarabağ" göstərdi ki, asan rəqib deyil" - De Rossi
XƏBƏR 2 Noyabr 2017 / 11:21 5294
-  A +

"Çox vaxt qapımızdan qol buraxırıq. "Çelsi" ilə oyunda rəqibin fərqlənməsinə imkan vermədik. Azarkeşlərimiz qrup lideri olacağımıza inanırdı. Bu pilləni əldən verməməliyik".

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Roma"nın futbolçusu Daniele de Rossi deyib.

O, Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri "Qarabağ"ın asan rəqib olmadığını bildirib: Bəli, bizim qarşıda 2 çətin oyunumuz var. Evdə qəbul edəcəyimiz “Qarabağ” göstərdi ki, asan rəqib deyil. Əvvəlki illərdə ciddi rəqiblərlə oyunda müdafiəyəmeyilli oynayırdıq. İndisə daha aqressiv təsir bağışlayırıq. Bu, irəli atılan addımdır".

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner