"Kəpəz"in zədəliləri sıraya döndü

"Kəpəz"in zədəliləri sıraya döndü
XƏBƏR 1 Noyabr 2017 / 18:20 1763
-  A +

“Kəpəz”in bir müddətdir zədəli olan futbolçusu Samba Diallonun vəziyyəti yaxşılaşıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, fərdi məşqlər edən yarımmüdafiəçi bu gündən komanda ilə birgə hazırlıqlara qoşulub. “Neftçi” və “Keşlə” ilə oyunları buraxan Samba “Qarabağ”a qarşı matçda “sarı-göylər”ə kömək edə biləcək.

Yüngül zədəsi olan İlyas Səfərzadə də artıq hazırlıq prosesində iştirak edir. “Keşlə” ilə görüşdə zədələnərək əvəzlənən Viktor Oseqeylin də problemi aradan qalxıb. Əzələ gərilməsi diaqnozu qoyulan hücumçu özünü yaxşı hiss edir və ev oyununa hazır olacaq.

Fərid Məmmədov isə Ağdam klubuna qarşı matçı kənardan izləyəcək. Gənc futbolçunun zədəsi ciddidir. MRT müayinəsi zamanı Məmmədovun dizin yan kollateral bağında qismi qopma və menisküsda ikinci dərəcəli degenerasiya aşkar olunub.

Son xəbərlər