“Qarabağ” bizə də problem yaratmışdı” – “Roma”nın baş məşqçisi

“Qarabağ” bizə də problem yaratmışdı” –  “Roma”nın baş məşqçisi
XƏBƏR 1 Noyabr 2017 / 14:29 8281
-  A +

“Biz də “Qarabağ”la bir dəfə qarşılaşmışıq. Çətin səfər oyunundan üzüağ çıxmışıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Roma”nın baş məşqçisi Eysebio di Françesko deyib.

“Çelsi” ilə qarşılaşmadan (3:0) sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın səfərdə “Atletiko”dan xal almasına münasibət bildirən italiyalı mütəxəssis Ağdam təmsilçisi ilə oyunun onlar üçün də çətin keçdiyini qeyd edib:

“Etiraf edirəm ki, “Qarabağ” hər kəsə olduğu kimi, bizə də problem yaratmışdı. Avrokuboklarda heç vaxt asan qələbə olmur. Bütün oyunlara ciddi yanaşmaq məcburiyyətindəyik”.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner