"Günahkar axtarmağa ehtiyac yoxdur" - Dieqo Qodin

"Günahkar axtarmağa ehtiyac yoxdur" - Dieqo Qodin
XƏBƏR 1 Noyabr 2017 / 11:03 6499
-  A +

"Hazırkı durumda Çempionlar Liqasında növbəti mərhələdən uzaq görünürük. Artıq hər şey özümüzdən asılı deyil. Buna baxmayaraq, qələbə qazanmağa çalışacağıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Atletiko"nun futbolçusu Dieqo Qodin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la 1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra klubun saytına deyib.

O,  bu nəticəyə görə, özlərini tənqid etməli olduqlarını bildirib:  "Ətrafda günahkar axtarmağa ehtiyac yoxdur. Qələbə qazanmaq düşüncəsi ilə meydana çıxmaq və risk etmək lazımdır.Belə vəziyyətlərdə bir yerdə olmalıyıq. Azarkeşlər bizi dəstəkləməlidirlər. Hazırda uğursuzluq zolağındayıq”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner