Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun 8 oyunundan sonra UEFA reytinqi açıqlanıb.
Qol.az-ın məlumatına görə, siyahı Azərbaycan üçün rekordla əlamətdar olub. Səfərdə “Atletiko” ilə qollu heç-heçə (1:1) edən "Qarabağ" ölkəmizin aktivinə 0.250 xal gətirib. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 19.125-ə çatıb. Bu nəticə isə futbol tariximizin ən yüksək nəticəsidir. Lakin bu rekord da mövqeyimizin dəyişməsinə kömək etməyib. Azərbaycan Avropada 22-ci sırada qalıb.
Bundan başqa, ölkəmiz bir mövsüm ərzində yığdığı xalların sayında 2 il əvvəlki rekordunu təkrarlayıb. 2015/16 mövsümünü 4.375 xalla başa vuran Azərbaycan yenə eyni əmsala malikdir.
Bu mövsüm “Qarabağ” ölkəmizin hesabına 2.625, “İnter” 0.750, “Zirə” 0.625 və “Qəbələ” 0.375 xal qazandırıb.
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Rumıniyanın 19.850 xalı var.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı