Filip Ozobiç və İlqar Qurbanov komandadan ayrı məşq etdi

Filip Ozobiç və İlqar Qurbanov komandadan ayrı məşq etdi
XƏBƏR 31 Oktyabr 2017 / 18:04 2118
-  A +

“Qəbələ” Topaz Premyer Liqanın XI turunun hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” “Səbail”lə evdə keçiriləcək qarşılaşmaya hazırlığı oktyabrın 30-da başlayıb.

X turun “Zirə” ilə səfər matçından (1:2) sonra birgünlük istirahətə buraxılan komanda Bakıda bir araya gəlib. Roman Qriqorçukun komandası məşqlərini gündə bir dəfə olmaqla davam etdirir. Zədədən dönən İlqar Qurbanovla Filip Ozobiç fərdi hazırlıqla kifayətləniblər.

Xatırladaq ki, “Qəbələ” – “Səbail” oyunu noyabrın 4-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.
 

Son xəbərlər