Kərim Diniyevin zədəsi ciddidir

Kərim Diniyevin zədəsi ciddidir
XƏBƏR 30 Oktyabr 2017 / 18:17 2458
-  A +

Topaz Premyer Liqanın 10-cu turunda “Keşlə” ilə səfər oyununda zədələnərək əvəzlənən "Kəpəz"in futbolçusu Kərim Diniyevin vəziyyətinə aydınlıq gəlib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, MRT müayinəsindən keçən yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib. O, təxminən 20-25 gün məşq edə bilməyəcək. Diniyevin sağ dizi burxulub. Bundan əlavə menisküsda ikinci dərəcəli degenerasiya və ön çarpaz bağda birinci dərəcəli gərilmə olduğu bildirilib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner