Millimizin üzvləri “Ayntraxt”a qələbə qazandırdı

Millimizin üzvləri “Ayntraxt”a qələbə qazandırdı
XƏBƏR 29 Oktyabr 2017 / 18:40 6116
-  A +

Azərbaycanlı futbolçular Renat Dadaşov və Murad Mahmudovun çıxış etdiyi “Ayntraxt”ın 19 yaşlılardan ibarət komandası Almaniya gənclər liqasında növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Frankfurt təmsilçisi 10-cu turda öz meydanında “Nürnberq”lə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Həmyerlilərimiz də bu oyunda fərqlənib. Murad 31, Renat isə 61-ci dəqiqədə qol vurub.

Qeyd edək ki, M.Mahmudov U-19, R.Dadaşov isə əsas millimizin üzvüdür.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner