Futbolun vaxtı dəyişdi – 22.45-də yox, 23.45-də...

Futbolun vaxtı dəyişdi –  22.45-də yox, 23.45-də...
XƏBƏR 29 Oktyabr 2017 / 13:25 6884
-  A +

Bu gün səhərdən etibarən Azərbaycanla Avropa arasında saat fərqi yenidən 3-ə qalxıb.

Qol.az-ın xəbərinə görə, ötən ildən Azərbaycanda yay və qış vaxtına keçid ləğv olunduğundan bu gün əqrəb 1 saat geri çəkilməyib.

Bu səbəbdən oktyabrın 29-u səhərdən başlayaraq, martın sonuncu bazar gününə qədər Avropa ölkələri ilə Azərbaycan arasında 3 saatlıq fərq olacaq. Bu isə o deməkdir ki, mühüm futbol oyunlarının başlama saatı da dəyişəcək.

Məsələn, UEFA Çempionlar Liqasının matçları oktyabr-mart aylarında Bakı vaxtı ilə əvvəlkitək saat 22.45-də deyil, 23.45-də, Avropa Liqasının görüşləri saat 21.00 və 23.05-də yox, 22.00 və 00.05-də başlanacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner