Cavid rəqibinə sillə vurdu, meydandan qovuldu

Cavid rəqibinə sillə vurdu, meydandan qovuldu
XƏBƏR 28 Oktyabr 2017 / 18:11 4532
-  A +

Topaz Premyer Liqanın 10-cu turunda hazırda keçirilən “Zirə” – “Qəbələ” oyununda futbolçular arasında xoşagəlməz hal yaşanıb.

Qol.az-ın məlumatına görə, matçın 43-cü dəqiqəsində epizodların birində qonaqların kapitanı Cavid Hüseynov “Zirə”nin futbolçusu Milan Duriçi sillə ilə vurub. Oyun epizodunda serbiyalı yarımmüdafiəçi Hüseynovu tutub saxlamaq istəyib. Ardınca "Qəbələ"nin kapitanı rəqibini vurub. Görüşün baş hakimi Fariz Yusifov bu hərəkətinə görə millimizin üzvünü birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, oyunda hesabı Milan Duriç açıb. 

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner