"Qəbələ"nin komandasından 1 qələbə, 1 məğlubiyyət

"Qəbələ"nin komandasından 1 qələbə, 1 məğlubiyyət
XƏBƏR 27 Oktyabr 2017 / 19:09 2036
-  A +

Litvanın paytaxtı Vilnüsdə keçirilən “Ateitis Cup” turnirinə start verilib.

Qol.az-ın "Qəbələ"nin saytına istinadən yaydığı xəbərə görə, yarışda qüvvəsini sınayan “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib. C qrupunda mübarizə aparan “qırmızı-qaralar” ilk turda Litvanın “Vilnüs” komandasını sınağa çəkiblər. Sərxan Mirzəzadənin dubl etdiyi görüşdə “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib.

Ülfət Mədətovun baş məşqçisi olduğu komanda ikinci matçını Latviyanın “Dauqavpils” komandasına qarşı keçirib. "Qırmızı qaralar" meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.

Xatırladaq ki, “Qəbələ” qrup mərhələsinin növbəti iki oyununu sabah keçirəcək. Komanda Finlandiyanın “Maski” və Belarusun “Smena” komandaları ilə qarşılaşacaq.


Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner