"Qayıtmışam ki, əvvəl başladığım işi sona çatdırım" - İbrahimoviç

"Qayıtmışam ki, əvvəl başladığım işi sona çatdırım" -  İbrahimoviç
XƏBƏR 27 Oktyabr 2017 / 17:17 3794
-  A +

“Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç növbəti dəfə iddialı açıqlama verib.

Qol.az-ın məlumatına  görə, isveçli hücumçu  Britaniya mətbuatına açıqlamasında hədəfinin İngiltərə Premyer Liqasını qazanmaq olduğunu deyib:

“Mən qayıtmışam ki, əvvəl başladığım işi sona çatdırım. İlk mövsümümdə üç titul qazandıq. Ancaq sonluq ürəyimcə olmadı, ən əsas titulu qazana bilmədik. İlk mövsümümdə başladığımız işi ikinci mövsümdə sona çatdırmalıyıq”.

Qeyd edək ki, uzun müddətdir zədədən əziyyət çəkən 36 yaşlı hücumçu artıq məşqlərə başlayıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner