İlhan Mansız “Beşiktaş”a qayıdır

İlhan Mansız “Beşiktaş”a qayıdır
XƏBƏR 27 Oktyabr 2017 / 14:55 7144
-  A +

Türkiyə millisinin sabiq üzvü İlhan Mansız “Beşiktaş”da çalışacaq.

Qol.az-ın “Habertürk”ə istinadən yaydığı xəbərə görə, klub veteran hücumçu ilə razılıq əldə edib. O, gələn mövsümdən baş məşqçi Şenol Günəşin köməkçisi olacaq.

Qeyd edək ki, 42 yaşlı İlan Mansız 2001-2004-cü illərdə “Beşiktaş”da çıxış edib. O, bu müddətdə 66 oyuna 36 qol vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner