"Qarabağ" Madriddə nə vaxt məşqə çıxacaq?

"Qarabağ" Madriddə nə vaxt məşqə çıxacaq?
XƏBƏR 27 Oktyabr 2017 / 12:03 2731
-  A +

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə səfər oyunu üçün Madriddəki hazırlıq planı bəlli olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Ağdam klubunun Madriddə bir məşqi olacaq. “Vanda Metropolitano” stadionunda keçiriləcək məşq oktyabrın 30-u yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 20:30) başlayacaq.

Qeyd edək ki, "Atletiko" - "Qarabağ" görüşü oktyabrın 31-i  keçiriləcək. Bu komandalar arasında Bakıdakı ilk oyun 0:0 hesabı ilə başa çatıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner