“Qlazqo Reyncers”in baş məşqçisi istefaya göndərildi

“Qlazqo Reyncers”in baş məşqçisi istefaya göndərildi
XƏBƏR 27 Oktyabr 2017 / 01:40 2559
-  A +

“Qlazqo Reyncers” baş məşqçisiz qalıb.

Qol.az-ın BBC-yə istinadən yaydığı xəbərə görə, martdan etibarən komandanı çalışdıran Pedru Kayşinya vəzifəsindən qovulub.  

Portuqaliyalı mütəxəssisin vəzifəsindən uzaqlaşdırılacağı barədə xəbərlər xeyli müddət idi səngimək bilmirdi. Onun işinə son veriləcəyi barədə xəbərlər “Qlazqo Reyncers”in Liqa Kubokunda mübarizəni dayandırmasından sonra yayılmışdı.

Premyer Liqanın son turunda “Kilmarnok”dan alınan məğlubiyyət Keyruşun qovulması ilə nəticələnib.

Qeyd edək ki, 46 yaşlı mütəxəssisin rəhbərliyi altında 26 oyuna çıxan Qlazqo klubu 14 matçda qələbə qazanıb.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner