“Vengeri qovmaq çox asandır”

“Vengeri qovmaq çox asandır”
XƏBƏR 27 Oktyabr 2017 / 00:00 3432
-  A +

“Arsenal”ın sahibi Sten Kronke baş məşqçi Arsen Vengerlə uzun müddət əməkdaşlıq etmələrinin səbəbi haqda danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o bildirib ki, istəsəydi çoxdan fransız mütəxəssisi vəzifəsindən uzaqlaşdırardı:

“Arsen güclü mütəxəssisdir və bütün fikrini işinə yönəldib. O, artıq nəyə qadir olduğunu sübuta yetirib. Biz hər zaman mühüm qərarlar qəbul etməmişdən qabaq bütün faktorları nəzərə alırıq.

Vengerlə sonuncu dəfə müqaviləni yeniləyərkən düzgün addım atdığımızı hesab edirəm. Onu qovmaq çox asandır. Amma biz başa düşürük ki, qazanılan uğurları təkrarlamaqla yanaşı, komandanın inkişafı da çox vacibdir”.

Son xəbərlər