14 yaşında debüt etdi, qol vurdu

14 yaşında debüt etdi, qol vurdu
XƏBƏR 26 Oktyabr 2017 / 18:00 5664
-  A +

Rumıniya kubokunda maraqlı rekord qeydə alınıb.

Qol.az-ın xəbərinə görə, “Styaua”nın 14 yaşlı futbolçusu  Yanis Stoyka “Sanatatea Kluj”la matçda debüt edib.

Hesab 5:1 komandasının xeyrinə olarkən meydana daxil olan yarımmüdafiəçi oyunun son dəqiqələrində qol vurub. O, bununla komandasının tarixində qol vuran ən gənc futbolçu olub.

Qeyd edək ki, buna qədər “Vitorul”un baş məşqçisi George Haci da kubok oyununda 14 yaşlı 2 futbolçuya əsas komandada debüt etmək şansı verib. Lakin onlar qol vura bilməyib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner