Avro-2020-nin açılışı üçün ilk namizəd

Avro-2020-nin açılışı üçün ilk namizəd
XƏBƏR 26 Oktyabr 2017 / 17:06 3852
-  A +

Rusiya Futbol İttifaqı Avro-2020-nin final mərhələsinin açılış oyununu təşkil etmək üçün UEFA-ya rəsmi sifariş göndərib.

Qol.az-ın "Championat"a istinadən yaydığı xəbərə görə, bunu RFİ prezidenti Vitali Mutko açıqlayıb.

O, açılış mərasiminin Sankt-Peterburq şəhərində keçirilməsini təklif etdiklərini bildirib: "Bütün lazımi şərait yaratmağa hazırıq. Azarkeşlər bunu haqq edirlər. Stadionumuz fantastikdir, uzun müddət tənqid olunub, lakin bu gün dünyada ən yaxşılardan biridir".

Qeyd edək ki, bu, Avro-2020-nin final mərhələsinin açılış oyununu təşkil etmək üçün UEFA-ya ilk rəsmi təklifdir.

Xatırladaq ki, Avro-2020-nin final mərhələsi 13 müxtəlif şəhərdə keçiriləcək. Bakıda isə 1/4 final mərhələsinin  1, qrup mərhələsinin isə 3 oyunu olacaq.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq