Topaz Premyer Liqanın 10-cu turunda "Zirə" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Paytaxt klubunun qapıçısı Kamal Bayramov oyunöncəsi Qol.az-ın suallarını cavablandırıb
- Topaz Premyer Liqanın son turunda "Sumqayıt"a uduzdunuz. Mövsümdə ilk məğlubiyyətiniz "Qəbələ" ilə oyunöncəsi komandada ruh düşkünlüyü yaratmayıb ki?
- Heç bir problem yoxdu. Hər komanda uduza bilir. Məğlub olmayan komanda olmur. Artıq o oyunu yaddan çıxarmışıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədi. "Qəbələ" ilə oyuna ciddi hazırlaşırıq.
- "Sumqayıt”la oyunda əla qurtarışların olmasaydı, daha böyük hesabla uduza bilərdiniz.
- Qapını qorumaq mənim borcumdu. Bundan da yaxşı çıxış edə bilərdim. Ancaq məğlubiyyətlə üzləşdik. Bununla barışmalıyıq, qarşıya baxmalıyıq.
- Artıq iki oyundur qapıda dayanırsan. Digər qapıçınız Anar Nəzirov zədəlidi, yoxsa bu, baş məşqçinin seçimidi?
- İlk oyunda baş məşqçinin seçimi idi. 7-8 tur meydana çıxmamışdım. Baş məşqçimiz sağ olsun, mənə də şans verdi. Komandamız üçün mənim də əməyim oldu. Anar Nəzirovun son oyunda yüngül zədəsi var idi. Qarşıdakı oyunlarda kimin qapıda duracağı da baş məşqçimizin qərarından asılıdır. Anarın da işi komandanın uğuru üçün əlindən gələni etməkdir, Kamalın da.
- "Qəbələ" ötən tur lider "Qarabağ"a qalib gəldi. Bu, sizdə narahatlıq yaradır?
- Hər bir komandaya qarşı məsuliyyətliyik. Heç kimdən də çəkinmirik. Həqiqətən "Qəbələ" çox ciddi rəqiblərimizdəndir. Bu komandanın özünəməxsus oyun üslubu, səviyyəli futbolçuları var. Buna baxmayaraq, oyuna tam həvəslə hazırlaşırıq. "Qəbələ"nin "Qarabağ"ı məğlub etməsi planlarımızı poza bilməz.
- Son illər çempionluq uğrunda yalnız iki komanda - "Qarabağ" və "Qəbələ" mübarizə aparır. "Zirə"nin bu mövsümkü oyunu sizin də ciddi məqsədlər uğrunda yarışmağınızı göstərir. Bu rəqiblərlə mübarizəyə hazırsınız?
- Bizim əsas məqsədimiz mümkün qədər irəliləmək, inkişaf etməkdir. Qarşımıza çempion olmaq məqsədi qoyulmayıb. Göründüyü kimi, "Qarabağ" və "Qəbələ"dən başqa heç bir klubun adı iddialılar arasında çəkilmir. Biz də çalışırıq ki, nəsə sübut edək, göstərək ki, tək "Qarabağ"la "Qəbələ" yox, "Zirə" də var. Bəzi insanlar çempionatda yalnız iki komandanın olduğunu düşünür. Mən bunu qəbul etmirəm. Biz də gündən-günə gücümüzü artırırıq. Çempionatımızın gərginliyi də artmaqdadır. İkinci dövrədə daha gərgin olacaq.
- Niyə "Zirə" də qarşısına çempionluq məqsədi qoymayıb?
- Hər bir komanda çempion olmaq istəyər. Sadəcə, bu mövsüm belə bir məqsədimiz yodu. Hər oyunda qələbə qazanmaq və inkişaf etmək istəyirik. Bu, bizi layiq olduğumuz yerə aparacaq. Bizim qarşımıza konkret məqsəd yoxdu. Çünki yeni klubuq. Geridə qalan 3 ildə inkişafa doğru gedirik. Hər il daha da yaxşı çıxış edirik.
- Deməli, çempionluq uğrunda yarışmaq üçün bir neçə il lazımdı?
- Bəli, bunu zamanın öhdəsinə buraxmalıyıq. Baxın, "Qarabağ" neçə illərdən sonra yenidən çempion oldu. Yaxud da "Qəbələ" hələ çempion ola bilməyib. Bunlar pillə-pillə olur. Məncə, gənc komandanın qarşısına çempionluq məqsədi qoyulsa, bunun pis fəsadları yaranar.
Ramiq AĞAMƏMMƏDOV
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video