Kasilyas "Liverpul"a keçə bilər

Kasilyas "Liverpul"a keçə bilər
XƏBƏR 26 Oktyabr 2017 / 16:15 2460
-  A +

"Portu"nun qapıçısı İker Kasilyas karyerasını İngiltərədə davam etdirə bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Liverpul” 36 yaşlı qolkiperi  transfer etmək istəyir.

Komandanın baş məşqçisi Yurgen Kloppun Kasilyasın keçidi ilə bağlı klub rəhbərliyi ilə danışdığı bildirilir.
Maliyyə problemləri ilə üzləşən "Portu" da təcrübəli qapıçını göndərmək fikrindədir. Klub rəhbərliyi ilinə 5 milyon avro qazanan ispaniyalı qolkiperi göndərməklə büdcəyə qənaət etmək istəyir.

Qeyd edək ki, İspaniya millisinin və "Real"ın sabiq 2015-ci ildən “Porto”da çıxış edir.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq