Ançelotti Çin klubu ilə danışıqlara başladı

Ançelotti Çin klubu ilə danışıqlara başladı
XƏBƏR 25 Oktyabr 2017 / 12:51 2134
-  A +

"Bavariya"nın sabiq baş məşqçisi Karlo Ançelotti karyerasını Çində davam etdirə bilər.

Qol.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb. Ançelottinin Çinin “Quançjou Everqrand” klubu ilə danışıqlara başladığı bildirilir. Yüksək liqa təmsilçisini hazırda Luis Felipe Skolari Çalışdırır. Lakin braziliyalı məşqçi dekabrda klubu tərk edəcəyini açıqlayıb.

Xatırladaq ki, "Yuventus", "Milan" və "Real" kimi klubları çalışdırmış Ançelotti ötən ay "Bavariya"dan göndərilib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner