Yığmamız seçmə mərhələyə qələbə ilə başladı

Yığmamız seçmə mərhələyə qələbə ilə başladı
XƏBƏR 25 Oktyabr 2017 / 16:02 3492
-  A +

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatlarının seçmə mərhələlərində ilk oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, komandamız 4-cü qrupda Ukrayna ilə qarşılaşıb. Albaniyanın Kamza stadionunda keçirilən matç yığmaızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. 4-cü qrupun digər görüşündə İspaniya və Albaniya üz-üzə gələcək.

Qeyd edək ki, seçmə mərhələdə öz qrupunda ilk iki yeri tutan komandalar, həmçinin ən yaxşı nəticəyə malik dörd 3-cü yer sahibi elit-raunda vəsiqə qazanacaq.
 

19 yaşadək qızlar arasında Avropa çempionatı

Seçmə mərhələ, 4-cü qrup

Azərbaycan - Ukrayna - 2:0
Qollar: Merve Özdemir, 40. Vüsalə Seyfəddinova, 90+3.
Tirana. Kamza stadionu

18:00. Albaniya - İspaniya

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner