La Liqa klubu baş məşqçisini qovdu

La Liqa klubu baş məşqçisini qovdu
XƏBƏR 24 Oktyabr 2017 / 20:00 2971
-  A +

İspaniyanın “Deportivo” klubu baş məşqçisi Pepe Mellə yolları ayırıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanın bu mövsüm uğursuz çıxışı 54 yaşlı məşqçinin vəzifəsindən göndərilməsi ilə nəticələnib.
 
Onu mövsümün sonunda qədər əvəzedici komandanın baş məşqçisi Kristobal Parallo əvəz edəcək.

Qeyd edək ki, Pepe Mel bu ilin fevral ayından “Deportivo”nu çalışdırırdı. Onun rəhbərliyi alıtndan komanda bu mövsüm 9 oyuna 8 xal yığıb və 16-cı pillədə qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner