Kevin de Bruyne "Mançester Siti"də qalır

Kevin de Bruyne "Mançester Siti"də qalır
XƏBƏR 24 Oktyabr 2017 / 18:20 2783
-  A +

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne komandada qalacaq.

Qol.az-ın “Daily Mail”a istinadən yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi “şəhərlilər”lə yeni müqavilə imzalamağa hazırlaşır.

PSJ Belçika millisinin üzvü üçün sentyabrda yüksək məbləğdə təklif irəli sürsə də, o, İngiltərədə qalmağı üstün tutub.

Qeyd edək ki, Kevin de Bruyne 2015-ci ildən “Volfsburq”dan “Mançester Siti”yə keçib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner