"Kəpəz" məşqləri bərpa etdi

"Kəpəz" məşqləri bərpa etdi
XƏBƏR 24 Oktyabr 2017 / 16:10 1505
-  A +

"Kəpəz" Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “İnter”lə oyununun hazırlıqlarına start verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Neftçi”yə qarşı matçdan sonra bərpaedici prosedurdan keçən komanda üzvləri bir gün istirahət edərək bu gündən məşqlərə başlayıblar.

Komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlıq keçir. “Sarı-göylər”in oktyabrın 25-i və 26-na olan çalışmaları da eyni məkanda saat 11:30-da olacaq.
 

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner