“Səbail” dalaşan futbolçularını cəzalandırdı

“Səbail” dalaşan futbolçularını cəzalandırdı
XƏBƏR 24 Oktyabr 2017 / 14:00 4150
-  A +

“Səbail” Topaz Premyer Liqanın 9-cu turunun “İnter”lə oyununda dava edən futbolçuları – Eltun Yaqublu və Maudo Jarjueni cəzalandırıb.

Bu barədə Qol.az-a komandanın baş məşqçisi Samir Əliyev məlumat verib.  Onun sözlərinə görə, hər iki futbolçuya pul cəriməsi kəsilib: “Klubun nizam-intizam kodeksinə uyğun olaraq, hər iki futbolçu cəzalanıb. Artıq həmin kağıza mən də qol çəkmişəm. Onlara pul cəzası verillib”.

Xatırladaq ki, “Səbail”in 1:0 hesabı ilə qalib gəldiyi oyunun sonlarında E.Yaqublu ilə M.Jarjue arasında sərt mübahisə düşüb. Hətta onlar əlbəyaxa olublar. Araya girən “Səbail”in digər oyunçuları tərəfləri sakitləşdiriblər.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner