Birinci divizionda mübarizə aparan “Şüvəlan” klubunun baş məşqçisi Aqil Nəbiyev Qol.az saytına müsahibə verib. Komandasının cari mövsümdəki çıxışından danışan gənc mütəxəssis qarşısına qoyulan əsas hədəfləri açıqlayıb.
- “Şüvəlan” 4 turdan sonra 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Komandanın çıxışını necə dəyərləndirirsiniz?
- Bizim komanda sıfırdan yığılıb. Mən bu şeyləri gözləyirdim. Bilirdim ki, komanda ən azı 5-6 turdan sonra öz oyununu tapacaq. Çünki yeni yığılıb, çempionatın əvvəlində 2 transfer oldu. İstər-istəməz uyğunlaşma prosesi getməlidir. Amma ümumi götürəndə, deməzdim ki, komanda pis oynayır. 4 oyunda 2 dəfə məğlub olsaq da, cəmi 2 top buraxmışıq. Nəzərə alaq ki, həmin oyunlarda saysız-hesabsız imkanlarımız olub. Analiz etmişəm, rəqib qapısı qarşısında 19 qol vəziyyəti yaratmışıq. Ancaq istifadə edə bilməmişik. Bu gün bizim əsas problemimiz hücumda qol vura bilməməkdir. 4 oyundan 3-də top vura bilmirik. Bir oyunda 3:0 hesablı qələbə qazanmışıq. Birində 89-cu dəqiqədə avtoqol olub, MOİK-lə oyunda isə rəqib 65-ci dəqiqədə bizə qol vurub. Hər 4 oyunda çoxlu qol imkanlarımız olub. İrəlidə oynayan futbolçularımızın fərdi ustalığı bizi gətirib bu yerə çatdırıb. Yenə deyirəm, əsas problemimiz uyğunlaşma ilə bağlıdır. Sıfırdan yığılan komandadı. Oyunumuzu tapmaq üçün bir az vaxt lazımdır.
- Qeyd elədiniz ki, komandada qol vurmaq problemi var. Bunu nece aradan qaldırmağı düşünürsünüz?
- Biri var biz nə müdafiə oluna bilək, nə də hücum edə bilək. Bizdə əsas problem ön xətt oyunçularının fərdi ustalığıdır. Rəqib qapısında imkan yarada bilməsək, deyərəm, qol epizodu yarada bilmirik. Vurduğumuz toplardan başqa, 4 oyuna 19 dənə yüzfaizlik qol imkanımız var. Burda artıq futbolçunun fərdi ustalığı ön plana çıxır. Elə epizodlar var ki, yarım metrdən qapıya düşə bilmirik. Burda artıq inam söhbəti var. Bir oyunda çoxlu qol imkanı yaradıb istifadə edə bilməyəndə, özünəinam itir. Çalışırıq ki, bu inamı geri qayataraq. Amma istənilən halda 4 oyuna 2 top buraxmaq pis nəticə deyil. Bu qollardan da birini özümüz öz qapımıza vurmuşuq. 4 turda rəqiblərimizdən daha keyfiyyətətli oyun oynamışıq. Komanda öz oyununu tapandan sonra nəticələr gələcək.
- Bu mövsüm rəhbərlik qarşınıza hansı hədəfi qoyub?
- Bizim qarşımıza böyük məqsəd qoyulmayıb. Amma rəhbərlik bunu bizdən istəmirsə, bu o demək deyil ki, komanda əlini-qolunu aşağı salıb məğlub olmağa öyrəşsin. Mən istəyirəm ki, çempionatın sonunda iddiaçılar sırasında olaq. Futbolçular hərəsi bir tərəfdən gəlib. Aralarında tam tanımadığım oyunçular var idi. Dekabrın 8-də birinci dövrə başa çatacaq. Bundan sonra boşluqları doldurmaq üçün 4-5 transfer edəcəm. İndidən bu yöndə çalışıram. Çünki mövsümün sonunda yaxşı yerlərdən birini tutub Premyer Liqaya vəsiqə qazanmaq istəyirəm. Bu gün rəhbərlik mənə demir ki, get çempion ol. Çünki yeni komandadı, hansısa hədəf qoymaq da çətin olardı. Ancaq biz həm məşqçilər korpusu, həm də futbolçular olaraq, daha yuxarılarda olmağı istəyirik.
- Deyək ki, mövsümün sonunda lazım olan pilləni tutub, Premyer Liqaya vəsiqə qazandınız. Necə düşünürsünüz, “Şüvəlan” hər baxımdan - istər infrastruktur, istərsə də büdcə baxımından elitada oynamağa hazırdı? Rəhbərlik bununla bağlı sizə bir söz deyib?
- Təbii ki, bu gün “Şüvəlan”ın Premyer Liqada oynamaq üçün hər bir şəraiti var. İstər baza olsun, istər stadion. Komandanın hazırkı şəraiti birinci divizionla müqayisə olunası deyil. İnfrastruktur baxımından Premyer Liqanın 3 klubundan daha yaxşı şəraitimiz var. “Şüvəlan”ın Premyer Liqada oynamaması üçün bir səbəb yoxdur. Rəhbərlik o yöndə düşünərsə, bugünkü şəraitimiz Premyer Liqada oynamağa imkan verir. Yəqin ki, özünüz də komandanın şəraitindən xəbərdarsınız. Amma komanda sıfırdan yığıldığı üçün rəhbərlik bununla bağlı bizim qarşımıza hər hansı hədəf qoymayıb.
- Birinci divizionun səviyyəsi sizi qane edirmi?
- Çempionatda 10 komanda mübarizə aparsa da, bölgə təmsilçilərinin sayı azdır. Cəmi 4 komanda var. Əvvəlki illərdə diviziondakı komandalar arasında səviyyə fərqi böyük idi. İndi isə əsasən bərabərsəviyyəli klublardı. Hamısı bir-birindən xal ala bilir. Ona görə də bu ilki çempionat əvvəlkilərlə müqayisədə daha keyfiyyətlidi.
- Bir vaxtlar futbolçu kimi çıxış etdiyiniz komandada indi baş məşqçi işləyirsiniz...
- Nəinki Azərbaycanda, Avropanın bir çox ölkələrində klublar öz keçmiş futbolçularını komandada ya məşqçi olaraq, ya da bir başqa vəzifədə saxlayırlar. İşlə təmin edirlər. Mən həmişə “Şüvəlan”a doğma komandam kimi baxmışam. 7 il şərəfini qoruduğum komandada 3il kapitan olmuşam. Mənim üçün də xoşdur ki, doğma komandama qayıtmışam. İstəyirəm ki, bütün klub olaraq, əsas hədəfimiz Premyer Liqaya qalxmaq olsun. Bu komandanın əvvəlki əzəmətini qaytaraq. Mənim üçün burda işləmək xoşdu. Özümü evimdəki kimi hiss edirəm.
Elnur SALAHOV
"Arsenal"dan qələbə
Mərakeşli hücumçu 1-ci oldu
"Araz-Naxçıvan"da iki futbolçu məşqləri bərpa etdi
UEFA Avro-2024-lə bağlı yeni qərarı rəsmən açıqladı
İngiltərədə bu mövsümün ən yaxşı oyunçusu müəyyənləşdi
"Bu, cinayətdir" - Klopp
Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi
"Mançester Yunayted"in Ten Haq qərarı
ÇL-də həftənin ən yaxşı oyunçusu odur
Misli Premyer Liqasında 33-cü turun hakimləri bilindi
Bir dövrün sonu
Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli oldu
“Liverpul”un futbolçusu məşhur aktyorun qızı ilə sevgilidir
Bakıda Avropa çempionatı keçiriləcək
Rəqibi təpiklə vuran futbolçunun cəzası açıqlandı
AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı
"Şamaxı"nın vacib səfər qələbəsi - Video
“Turan Tovuz”un futbolçusu 4 oyunluq cəzalandırıldı
"Qarabağ" - "Neftçi" matçının biletləri satışda
“Barselona” Pedrini satacaq
"Yaxşı ki, Belarusla qarşılaşdıq" - Millinin baş məşqçisi
Avroliqada həftənin ən yaxşısı adına 2 namizəd
Birinci liqanı tərk edəcək komanda bilindi
Ardıcıl 7-ci dəfə çempion oldular
Messiyə mükafat verildi