“Bavariya”da ciddi itki – 5-6 həftə oynamayacaq

“Bavariya”da ciddi itki – 5-6 həftə oynamayacaq
XƏBƏR 23 Oktyabr 2017 / 13:36 2092
-  A +

“Bavariya”nın hücumçusu Tomas Müller ağır zədə alıb.

Qol.az-ın “Bild” qəzetinə istinadən yaydığı xəbərə görə, oktyabrın 21-də səfərdə “Hamburq”a 1:0 hesabı ilə qalib gəldikləri matçda zədə alan 28 yaşlı futbolçu tibbi müayinədən keçib. Bundan sonra həkimlər onun 5-6 həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib.

Müller həmin matçda 46-cı dəqiqədə meydana daxil olub, qolun ötürməsini edib. Amma əzələsi dartıldığından o, 55-ci dəqiqədə məcburi əvəzlənib.

Zədəsi səbəbindən Müller Çempionlar Liqasında “Seltik” (31 oktyabr), bundesliqada “Borussiya” (Dortmund) (4 noyabr) və böyük ehtimalla ÇL-də "Anderlext”lə (22 noyabr) matçları buraxacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner