Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında keçirilən dünya birinciliyində fərdi yarışlar başa çatıb.
Qol.az-ın məlumatına görə, mötəbər yarışın sonuncu günü Azərbaycan millisi daha bir uğura imza atıb. 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsiyev finala gedən yolda Koreya, Özbəkistan, Avstriya və Tacikistandan olan rəqiblərinə qalib gəlib. Həlledici qarşılaşmada Kotsiyevin rəqibi Ermənistan əsilli Rusiya idmançısı Armen Adamyan olub. Cüdoçumuz bu görüşdə əzmkar mübarizə apararaq qələbə qazanıb. Zaqrebdə Azərbaycan cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.
Bununla da, millimiz kişilərin fərdi yarışlarında bütün rəqiblərindən daha yaxşı nəticə göstərərək birinci yeri tutub. Azərbaycan cüdoçuları Yaponiya, Rusiya, Gürcüstan, Braziliya, Almaniya, Özbəkistan, Türkiyə, Fransa, İtaliya və digər ölkələrin komandalarını qabaqlayıblar. Ümumi komanda hesabında isə gənclərimiz yalnız Yaponiyadan geri qalaraq 2-ci olublar.
Hidayət Heydərov (73 kq), Zelim Kotsiyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi