Oktyabrın 21-də təşkil olunacaq “Qəbələ” və Ukraynanın KB-75 klubları arasında boks üzrə beynəlxalq yoldaşlıq görüşü öncəsi çəki mərasimi və mətbuat konfransı keçirilib.
Qol.az-ın "Qəbələ"nin saytına istinadən yaydığı xəbərə görə, nümayəndə heyətinin rəhbəri Fariz Məmmədov, Azərbaycan millisinin baş məşqçisi Leonid Loivski, komandamızın baş məşqçisi Ramiz Mirkamalovun qatıldığı tədbirdə ukraynalıların çalışdırıcısı Sergey Krinitski və baş hakim İqor Biletski iştirak ediblər. Media nümayəndələrinin suallarını cavablandıran rəsmilər yoldaşlıq oyunu və təşkilatçılıq haqda da fikirlərini bildiriblər. “Qəbələ” nümayəndə heyətinin rəhbəri Fariz Məmmədov konfrans iştirakçılarına “Qəbələ” haqda məlumat verib, klubun yarandığı gündən indiyədək gördüyü işlərdən, uğurlardan bəhs edib. O, Azərbaycan və Ukrayna xalqlarının dostluq münasibətlərindən danışıb, Krivoy Roq şəhərində göstərilən diqqətə və qonaqpərvərliyə görə təşkilatçılara təşəkkürünü bildirib. Konfransın ardınca isə boksçuların çəki mərasimi keçirilib.
Xatırladaq ki, bu gün keçiriləcək. və 7 döyüşdən ibarət görüş Krivoy Roq şəhərindəki Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq görüşdə “Qəbələ”ni Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək.
Yuxarı
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
Tanınmış hücumçu Kanada klubuna keçdi
"Sabah" - "Orhus" oyunu bu kanalda