Nizami Hacıyev bu gün də oynamayacaq

Nizami Hacıyev bu gün də oynamayacaq
XƏBƏR 20 Oktyabr 2017 / 13:22 1860
-  A +

Topaz Premyer Liqanın IX turuda bu gün səfərdə “Səbail”in qonağı olacaq “İnter” oyuna ciddi itki ilə çıxacaq.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, komandanın kapitanı Nizami Hacıyev bu görüşü də buraxacaq.

Təcrübəli yarımmüdafiəçi komanda ilə məşqlərə başlasa da, hələ tam hazır deyil.

Qeyd edək ki, Hacıyev Topaz Premyer Liqanın VI turunun "Zirə" ilə oyununda zədələnmişdi.


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner