"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin "Qarabağ"ın futbolçusu Dino Ndlovunun İspaniya "Atletiko"su ilə oyunda ikinci sarı vərəqənin ardından meydandan kənarlaşdırıldığı epizodu dəyərləndirib.
Qol.az-ın məlumatına görə, "Tivibu" telekanalında qonaq olan 54 yaşlı mütəxəssis fransalı referi Ruddi Bukenin Ndlovuya haqsızlıq etdiyini bildirib. O deyib ki, eyni hal "Qarabağ"ın cərimə meydançası daxilində baş versəydi, Buke "Atletiko"nun lehinə penalti təyin edərdi: "Buna bənzər hal mən Azərbaycanda çalışdığım vaxt "Qarabağ"ın İtaliya "İnter"i ilə görüşündə də baş vermişdi. Həmin vaxt Azərbaycan klubu təmiz qolunun sayılmadığı tələbi ilə UEFA-ya şikayət etsə də, müsbət cavab almamışdı. İndi də avrokuboklarda yenidən haqsızlığa məruz qaldılar".
O.Çətinin fikrincə, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi təsadüfi deyil: "Qurban Qurbanov illərdir komandanın sükanı arxasındadır. Çempionatda problemləri yoxdur. Avropa kuboklarında isə uğurlarını artan templə yüksəltməkdədirlər. Qitəmiqyaslı oyunlar zamanı Azərbaycanda stadionlar dolur. "Qarabağ" heç bir oyunu asanlıqla uduzmur. Ötən tur "Roma" Bakıda çətinliklə qalib gəldi. Azərbaycan futbolunda inkişaf elə də yüksək deyil. Amma müəyyən komandalara sərmayə qoyulur. Ən çox diqqət isə "Qarabağ"a göstərilir. Onlar da bu işi yüksək səviyyədə görürlər. Bura qədər gəlmələri təsadüfi deyil".
Qeyd edək ki, "Atletiko" ilə matçın 75-ci dəqiqəsində Dino Ndlovu Dieqo Qodinin müdaxiləsindən sonra yerdə qalıb. Lakin baş hakim Ruddi Buke "Qarabağ"ın lehinə penalti yox, Ndlovuya ikinci sarı vərəqə göstərib və onu meydandan kənarlaşdırıb. Oğuz Çətin 2014-cü ilin iyunundan dekabrınadək "Xəzər Lənkəran"ın baş məşqçisi olub (report.az).
"El-Klasiko"nu buraxacaq
"Yuventus"dan ayrılır
İtaliya A seriyasına yüksələn ilk komanda
"Bavariya" 40 yaşlı Noyerlə müqaviləni uzadır
Türkiyə millisi 2 yoxlama oyunu keçirəcək
Spaletti ayın ən yaxşısıdır
Enrike: "Bavariya" qarşılaşdığım ən çətin rəqibdir"
"Real"da baş məşqçi vəzifəsinə daha bir namizəd
Matiçlə yeni müqavilə imzalanacaq
PFL hakim təyinatlarını açıqladı
"Qarabağ"ın futbolçusu üçün mövsüm bitdi
Elvin əvəzedici heyətdə qolu belə vurdu - Yenilənib+Video
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı
İspan klubu qələbəni Fələstin bayrağı ilə qeyd etdi - Video
AFFA "Qarabağ"ı 8000 manat cərimələdi
Azərbaycan millisi bu dəfə Belarusa qalib gəldi
“Barselona”dan “El Klassiko” üçün xüsusi forma
"İmişli" futbolçusu ilə müqaviləni uzatdı
Füzulidə FİFA-nın dəstəyi ilə festival keçirildi - Şəkillər
İnfantino növbəti seçkilərə də qatılacağını açıqladı
"Fənərbaxça"nın kapitanı futboldan 1 illik uzaqlaşdırıldı
"Mənim lüğətimdə təslim olmaq sözü yoxdur" - Arda Turan
Cenk Sümer: “Neftçi”nin yeri Avropadır” - Video
9-cu çempion: 18 ildə ilk
“Şaxtyor” uduzdu, "Rayo Valekano"dan qələbə
İngiltərə derbisini kim qazandı? - Avroliqa
"Neftçi"dən mübariz oyun, layiqli qələbə Video
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video