“Lester” Şekspiri qovdu

“Lester” Şekspiri qovdu
XƏBƏR 17 Oktyabr 2017 / 20:00 3296
-  A +

İngiltərənin “Lester” klubu baş məşqçisi Kreyq Şekspiri istefaya göndərib.

Qol.az-ın “Daily Mail”ə istinadən yaydığı xəbərə görə, səbəb komandanın bu mövsüm Premyer Liqada uğursuz çıxışıdır.

Bu gün klub rəhbərliyi Şekspirlə görüşərək qərarı ona bildirib.

Qeyd edək ki, “Lester” 8 turdan sonra 6 xalla 18-ci pillədə qərarlaşıb.

Əlavə edək ki, Şekspir bu ilin mart ayından “Lester”i çalışdırırdı.

Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner