Qrizmann Bakıda məşqə çıxmadı

Qrizmann Bakıda məşqə çıxmadı
XƏBƏR 17 Oktyabr 2017 / 19:10 4017
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda sabah “Qarabağ”ın qonağı olacaq “Atletiko” bu gün oyunöncəsi son məşqinə çıxıb.

Qol.az-ın xəbərinə görə, Madrid klubunun aparıcı oyunçusu Antuan Qrizmann Bakı Olmpiya Stadionunda keçirilən məşqə qatılmayıb.

Fransalı futbolçunun hansı səbəbdən məşqdən iştirak etmədiyi hələlik bəlli deyil.

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” qarşılaşması saat 20:00-da start götürəcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
01.07.26  20:04

"Arsenal"dan getdi

topaz banner