"Kəpəz" məşqlərə başladı

"Kəpəz" məşqlərə başladı
XƏBƏR 17 Oktyabr 2017 / 17:18 1170
-  A +

Topaz Premyer Liqanın 9-cu turunda "Neftçi" ilə qarşılaşacaq "Kəpəz" bu oyununun hazırlıqlarına start verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda bu gündən Bakıda məşqlərə başlayıb.

“Kəpəz” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlaşacaq. Gəncə klubunun oktyabrın 18-i və 19-na təyin olunan məşqləri saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Neftçi" görüşü  oktyabrın 21-i saat 15:00-da başlayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner