"Qarabağ"la oyunu buraxa bilər - " Çelsi"də növbəti itki

"Qarabağ"la oyunu buraxa bilər - " Çelsi"də növbəti itki
XƏBƏR 16 Oktyabr 2017 / 16:26 2437
-  A +

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Çelsi"nin daha bir futbolçusu sıradan çıxıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunun yarımmüdafiəçisi Viktor Mozes zədələnib.

Nigeriya millsinin üzvü İngiltərə Premyer Liqasının 8-ci turunda "Kristal Pelas"la oyunda ayağından xasarət alıb. Bu gün tibbi müayinədən keçən futbolçunun ən azı bir ay meydana çıxa bilməyəcəyi məlum olub.

Onun ÇL-in qrup mərhələsinin 5-ci turunda noyabrın 22-də "Qarabağ"la Bakıda keçiriləcək oyunda iştirakı da sual altındadır.

Qeyd edək ki, "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante də zədəlidir.

Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner