Haynkes tənqidlərə cavab verdi

Haynkes tənqidlərə cavab verdi
XƏBƏR 15 Oktyabr 2017 / 15:08 4029
-  A +

Bavariya”nın yeni baş məşqçisi Yupp Haynkes yaşının çox olmasına görə edilən tənqidlərə cavab verib.

Qol.az-ın məlumatına görə, bu barədə Almaniya mətbuatına danışan 72 yaşlı mütəxəsis özünü gənc hiss etdiyini deyib:

“4 ildir futboldan uzaq olduğumu deyirlər. Futbol yeni icad edilməyib və mən bu illərdə həmişə futbolla yaxından maraqlanmışam. Yaş sadəcə, rəqəmdir, başqa heçnə. Bəziləri 45 yaşında özünü qoca hiss edir. Ancaq mən dəyişməmişəm. İndi də musiqini, idmanı sevirəm. Özümü gənc hiss edirəm”.

Qeyd edək ki, Y.Haynkes bundan əvvəl 3 dəfə "Bavariya"nı  (1987-1991, 2009, 2011-2013) çalışdırıb
 

Daha çox


Son xəbərlər