Millimizin sabiq üzvü ardıcıl 4-cü oyunda qol vurdu

Millimizin sabiq üzvü ardıcıl 4-cü oyunda qol vurdu
XƏBƏR 14 Oktyabr 2017 / 13:57 4769
-  A +

Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Berlin təmsilçisi 10-cu turda səfərdə  “Germaniya Halberstat”la qarşılaşıb.

Görüş həmyerlimizin komandasınnı 5:4 hesablı qələbəsi ilə nəticələnib. “Dinamo”nun bir qolunu Rüfət Dadaşov vurub. Bu, Dadaşovun son 4 oyunda vurduğu 7-ci qoldur.

“Dinamo” hazırda 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış eidb və 16 oyunda 4 qol vurub.


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner