Dino Ndlovu zədələndi - Şəkillər

Dino Ndlovu zədələndi - Şəkillər
XƏBƏR 13 Oktyabr 2017 / 17:33 3038
-  A +

“Qarabağ”ın hücumçusu Dino Ndlovu bu gün Topaz Premyer Liqanın 8-ci turunda “İnter”la matçda (2:0) zədə alıb.

Qol.az-ın xəbərinə görə, afrikalı futbolçu matçın 90+2-ci dəqiqəsində, 2-ci qolu vurarkən rəqibin müdafiəçisi Denis Silva onu zədələyib. Ndlovu matç bitəndə texniki heyətin köməyi ilə meydanı tərk edib.

Onun zədəsinin ciddi olub-olmadığı, oktyabrın 18-də Çempionlar Liqasında “Atletiko” ilə matçda oynayıb-oynamayacağı tibbi müayinədən keçdikdən sonra bilinəcək.





Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner