“Yenidən Bakıda olduğum üçün şadam. Bu şəhərlə bağlı xoş xatirəm var”.
Qol.az-ın xəbərinə görə, bu sözləri Çexiya millisinin futbolçusu Yan Şikora ölkəsinin mətbuatına açıqlamasında deyib.
“Slaviya”nın hücumçusu Bakıya ikinci dəfə səfər edir. O, sabiq komandası “Slovan”ın heyətində ötən mövsüm Avropa Liqasnın qrup mərhələsində Bakıda “Qarabağ”la keçirilən oyundan (2:2) tarixi qol vurub. Matçın 11-ci saniyəsində hesabı açan futbolçu Avroliqanın tarixində ən erkən qola imza atıb.
Şikora əvvəlcə həmin qarşılaşmanı xatırlayıb: “Burada vurduğum qolun tarixə düşəcəyini əvvəlcə dərk etmirdim. Oyundan sonra öyrəndim ki, Avropa Liqasının tarixi ərzində ən erkən qola imza atmışam. Təbii ki, bu, karyeram ərzində ən yaddaqalan hadisədir. Məncə, “Qarabağ”a vurduğum qol sayəsində ömrümün sonuna qədər adım Avroliqanın statistikasında yer alacaq”.
24 yaşlı hücumçu ilk dəfə dünya çempionatının seçmə mərhələ oyunu üçün yığmaya dəvət olunub. O, millidən bu dəvəti gözləmədiyini bildirib: “Son vaxtlar özümü yaxşı tərəfdən tam göstərə bilmirəm. Ancaq ümid edirəm ki, Bakı səfəri yenə mənim üçün düşərli olacaq və Çexiyaya qələbə ilə qayıdacağıq”.
Şikora "Qarabağ" haqda:
“Qarabağ” çox yaxşı komandadır. Doqquz futbolçusu Azərbaycan millisində çıxış edir. Onlar bu mövsüm “Kopenhagen”i üstələyərək, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandılar. Komandada yerli və əcnəbi futbolçular bir-birini tamamlayır. Xüsusən, cinahları güclüdür. “Qarabağ”la oyunu yaxşı xatırlayıram. Həmin vaxt komandada bir neçə braziliyalı futbolçu var idi”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu