“Artıq hər şey qaydasındadır” - Kavani qalmaqal haqda

“Artıq hər şey qaydasındadır” -  Kavani qalmaqal haqda
XƏBƏR 4 Oktyabr 2017 / 00:55 3022
-  A +

PSJ-nin hücumçusu Edinson Kavani komanda yoldaşı Neymarla aralarında yaşanan qalmaqal haqda danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, uruqvaylı forvard insidentin geridə qaldığını bildirib:

“Futbolda belə hallar olur. Bəzən məsələ çox böyüyür. Bu haqda da hər kəs xəbər tutur. Əslində isə bu cür məsələlər paltardəyişmə otağında həll olunmalıdır.

Aramızdakı problemi həll etmişik. Artıq hər şey qaydasındadır. Vacib olan odur ki, biz eyni məqsəd uğrunda mübarizə aparırıq”. 

Daha çox


Son xəbərlər