“Latsio” cəzalandırıldı - İrqçilərə görə

“Latsio” cəzalandırıldı -  İrqçilərə görə
XƏBƏR 3 Oktyabr 2017 / 20:44 2590
-  A +

İtaliyanın “Latsio” klubu cəzalandırılıb.

Qol.az-ın məlumatına görə, Roma təmsilçisinin “Curva Nord” tribunası qarşıdakı iki ev oyununda azarkeşlərin üzünə bağlanacaq.

Səbəb “Latsio” azarkeşlərinin “Sassuolo” ilə ev oyununda (6:1) qonaq komandanın qaradərili futbolçuları - Klod Adyaponq və Jozef Alfred Dunkanı təhqir etməsi, və oyun zamanı irqçi mahnılar səsləndirməsidir.

Son xəbərlər