ABŞ-ın tez-tez “kölgə MİK-si” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkəti Azərbaycanın “Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsində çıxışına həsr edilmiş məqalə dərc edib.
Qol.az-ın musavat.com saytına istinadən yaydığı xəbərə görə, məqalədə deyilir ki, Çempionlar Liqasının gözəlliklərindən biri də ən zəif milli çempionatlara malik ölkələrin belə komandalarının qrup mərhələsinə çıxaraq oynamaq imkanına malik olmasıdır. “Lakin bəzən Çempionlar Liqasında elə komandalar peyda olur ki, ən çılğın futbol fanatları belə anlaya bilmirlər ki, bu nə klubdur və haradan gəlib”, - nəşr yazır.
“Bu il Azərbaycan çempionu “Qarabağ” həmin klublardandır. Sentyabrın 27-də “Qarabağ” öz meydanında əfsanəvi “Roma”nı qəbul edib. 2:1 hesabı ilə məğlub olan 10 milyon nəfərlik ölkənin komandası öz azarkeşlərinin gözləri önündə az qala uğura imza atacaqdı.
Lakin bu klubun qeyri-adi tarixi müasir idmanın təşviqat gücünün bariz nümunəsidir”, - “Stratfor” vurğulayır. Daha sonra Amerika nəşri “Qarabağ”ın azərbaycanlı azarkeşlərə yaxşı tanış olan tarixini və Dağlıq Qarabağ ətrafında baş verən hadisələri, Ağdamın işğal edilməsini çatdırır.

“Klub 2001-ci ildə xilas edildi. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin köməyi ilə “Qarabağ”ın sponsoru “Azərsun” şirkəti oldu. Hazırkı prezident idman dünyasının geosiyasətlə və iri büdcəli sərmayələrlə bağlılığını çoxdan qəbul edib. Bundan başqa, İlham Əliyev 1997-ci ildən ölkənin Milli Olimpiya Komitəsinin rəhbəridir. Onun ən böyük nailiyyətlərindən biri 2020-ci ilin furbol üzrə Asvropa çempionatının bir neçə oyununun Bakıda keçirilməsi qərarının verilməsidir.
“Azərsun”un maliyyə dəstəyi və İlham Əliyevin xeyir-duası ilə “Qarabağ” Azərbaycanın əsas futbol klubuna çevrilib. Komandanın Çempionlar Liqasının qrup mərhələsini keçməsinə çox az ümid olsa da, turnirdə iştirak Azərbaycan hökumətinin böyük qələbəsidir. Bütün dünyada on milyonlarla azarkeş Çempionlar Liqasını izləyərək, Qarabağı Ermənistanla deyil, məhz Azərbaycanla əlaqələndirirlər. Ermənilərin məyusluğu isə anlaşılandır: Ermənistanın milli çempionatı Azərbaycandakına nisbətən çox kasıbdır. Regionun tanınmamış statusu isə onun komandalarına UEFA yarışlarında iştirak etməyə imkan vermir”, - məqalədə deyilir.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı
Lamin Yamal “Sabah”la oyunu buraxacaq - Rəsmi
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlandı
“Mançester Yunayted”i elə tənqid etdi ki...
Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı
Karyerasında 900-cü oyuna çıxdı - Qurban Qurbanov
Dünyada stadionları ən çox dolduran klubların – TOP-10-luğu
Gürcü legionerin "Zirə"də 50-ci qolu
“Hədəfimiz qış çempionu olmaqdır” - "Neftçi"nin futbolçusu
Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında
Lamin Yamal "Sabah"a 1 qol vursa... - UEFA nə yazır?
"Liverpul"un "Mançester Yunayted"ə vurduğu 4 qol - Video
Debütdə 100 illik antirekord təkrarlandı
La Liqada tarixi rekorda imza atdı
"Barselona" Bakı səfərindən əvvəl əzmkar qələbə qazandı
"Liverpul" "Mançester Yunayted"i darmadağın etdi
"Beşiktaş" səfərdə, "Trabzonspor" evdə qalib gəldi
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video