Jezniçakın son durumu - "Qarabağ" açıqladı

Jezniçakın son durumu - "Qarabağ" açıqladı
ÖLKƏ FUTBOLU 3 Oktyabr 2017 / 12:42 6395
-  A +

Topaz Premyer Liqanın 7-ci turunun "Zirə"yə qarşı matçda (0:0) zədələnən "Qarabağ"ın futbolçusu Kubanın (Yakub Jezniçak) son durumu müəyyənləşib.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında bildirib ki, polşalı mərkəz müdafiəçisinin diz bağlarında yüngül problemlər var. O, təqribən 3-5 gündən sonra fərdi məşqlərə başlayacaq. Y.Jezniçakın 10 gün sonra isə ümumi məşqlərə qoşulacağı gözlənilir.

Qeyd edək ki, Y.Jezniçak "Zirə" ilə görüşdə zədələndiyi üçün 30-cu dəqiqədə Bədavi Hüseynovla əvəzlənmişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
03.07.26  11:21

Ronaldodan daha bir ilk

topaz banner