"Barselona"da tətil

"Barselona"da tətil
XƏBƏR 3 Oktyabr 2017 / 02:00 5553
-  A +

“Barselona” Kataloniyada müstəqilliklə bağlı referenduma görə tətil edib.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi Tvitter səhifəsi xəbər yayıb.

Tətillə əlaqədar heç bir komanda, eləcə də gənclərdən ibarət kollektiv bu gün məşqə çıxmayacaq. Kataloniyanı təmsil edən “Jirona” da “Barselona”nın bu addımına qoşulub.

Qeyd edək ki, “Barselona” rəhbərliyi ötən gün Kataloniyada referendum səsverməsi ilə əlaqədar  İspaniya Futbol Federasiyasından “Las Palmas”la matçın təxirə salınmasını tələb etmişdi. Federasiyanın bu tələbi rədd etməsindən sonra Kataloniya klubu buna etiraz əlaməti olaraq matçın azarkeşsiz oynanılmasına qərar verib.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner