"10 ay dincələcəm" - Ançelotti

"10 ay dincələcəm" -  Ançelotti
XƏBƏR 3 Oktyabr 2017 / 00:01 3494
-  A +

“Bavariya”dan göndərilən Karlo Ançelotti mövsümün sonuna qədər işləmək istəmədiyini açıqlayıb.

Qol.az-ın “Football İtalia”ya istinadən yaydığı xəbərə görə, 58 yaşlı mütəxəssis heç bir klubla danışıq aparmadığını bildirib:

“Qarşıdakı 10 ay ərzində dincələcəm. Çünki danışıq apardığım klub yoxdur”- deyə o qeyd edib.

İtaliyalı mütəxəssis “Bavariya”nın lider futbolçuları ilə münaqişəsinə görə komandadan göndərilməsi xəbərinə münasibət bildirmək istəməyib. O, bu məsələ ilə bağlı deyib: “Ən yaxşısı susmağımdır”.

Xatırladaq ki, Ançelotti 2016-cı ildən Münhen klubunu çalışdırırdı.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner