"Səbail"in legionerləri milliyə çağırıldı

"Səbail"in legionerləri milliyə çağırıldı
XƏBƏR 2 Oktyabr 2017 / 16:14 4535
-  A +

“Səbail”in iki legioneri milli komandalarına dəvət alıb.

Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Elman Taqayev Türkmənistan, Ayron Stati isə Kurasao milli komandasının heyətinə dəvət olunub.

Türkmənistan yığması oktyabrın 10-da Asiya kubokunun seçmə mərhələsi çərçivəsində Aşqabadda Sinqapur millisini qəbul edəcək. Kurasao yığması isə hazırlıq matçında səfərdə Qətərlə  ilə üz-üzə gələcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner