İspaniya millisində ciddi itki

İspaniya millisində ciddi itki
XƏBƏR 2 Oktyabr 2017 / 15:00 2834
-  A +

“Barselona”nın və İspaniya millisinin üzvü Andres İnyesta sıradan çıxıb.

Qol.az-ın “Mundodeportivo”ya istinadən yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi İspaniya La Liqasının 7-ci turunda keçirilmiş “Las Palmas”la oyunda (3:0) zədələnib.

İkinci hissədə  meydana daxil olan İnyesta matçın 84-cü dəqiqəsində zədələnərək əvəzlənib. Onun sol ayaq əzələsinin zədələndiyi və ən azı 10 gün meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə o deməkdir ki, futbolçu İspaniya millisinin DÇ-2018-in seçmə mərhələsinin İsrail və Albaniya ilə oyunlarını buraxmalı olacaq.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner